Vaxtaşırı rutin kardioloq müayinəsindən keçməyi hamıya tövsiyyə edirik

Bu post özünü xəstələri üçün fəda etmiş və öz şəxsi tibbi müayinəsini ertələyən həkimlərimiz üçündür. Bu səfər pasientimiz- ixtisasca ginekoloq olan həkimdir. Başqa mərkəzdə, gecə növbəsinə gələn həkimimiz, xəstə viziti zamanı özünün vəziyyətində kəskin pisləşmə, prearrest vəziyyət olması üzərinə təcili reanimasion tədbirlər görülərək, reanimasiya şöbəsinə qaldırılır. Edilən müayinələrdə ciddi aort qapaq stenozu və ürək çatışmazlığı (atım gücü 20-25%) diaqnozu qoyulur. İntubasiya vəziyyəti və inotrop dəstəyində, sidik çıxışları pisləşən pasienti bizim mərkəzə qəbul etdik, detallı müayinə və incələmə sonrası, diaqnozlar təsdiqlədik, həm də çox damar koronar tıxanıqlığı olduğu aşkarladıq. Erkən aort qapaq replasmanı və aorto- koronar şuntlama əməliyyatı etdiyimiz kollegamızı vəziyyəti stabil şəkildə evinə şəfa ilə göndərdik. Vaxtaşırı rutin kardioloq müayinəsindən keçməyi hamıya tövsiyyə edirik. Bu hadisə həkimimiz başına yolda və ya evdə gəlsə idi, indi başqa aqibətlə üz- üzə qalardı. Özünə uzun və sağlıqlı ömür diləyirik. Uğurlu əməliyyat sonrası Mərkəzimizin ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, Uzman Dr.Kamal Cümşüdovun xəstə ziyarətindən görüntüləri sizlərə təqdim edirik. #bakısağlamlıqmərkəzi #bakısağlamlıq #öncəsağlamlıq #bakuhealthcenter

Diqər xəbərlər